2015-ci ildə Türkiyənin Diyarbəkir bölgəsində 16 yaşın ikən qaçırılan Fateh Dəmirin atası Abdullah Dəmir HDP-nin binası önündə aksiya keçirib, oğluna səslənib: "Oğlum Fateh qaç, gəl Türkiyə ədalətinə təslim ol. 35 uşaq gəlib əlləri qandallanmadan valideynlərinə təhvil verilib. O həsrəti gözləyirik. İnşallah, siz də qayıdarsınız. Gəlsəniz, o həsrət bitər". SİTAT.İNFO xəbər verir ki, Diyarbəkirdə uşaqları terror təşkilatı PKK tərəfindən qaçırılan ailələr 3 sentyabr 2019-cu ildə HDP Şəhər Başkanlığı binası qarşısında oturaq aksiyaya başlayıb. 301 ailənin 1013 gündür davam etdiyi aksiyada indiyədək 35 valideyn övladlarına qovuşub. Diyarbəkirin Hani rayonunda 7 il əvvəl 16 yaşında qaçırılan oğlu Fateh üçün keşik çəkməyə davam edən Abdullah Dəmir oğlunu təslim olmağa çalışıb: "HDP uşaqlarımızı dağa çıxarıb PKK-ya təslim edir. Bu, türk bayrağı altında doğulan uşaq bizi niyə görmür, səbəbi nədir?Çünki onlara xidmət edirlər, onlardan göstəriş alırlar. Oğlum Fateh qaç, gəl, türk ədalətinə təslim ol. 35 uşaq gəldi, əlləri qandallanmadan valideynlərinə təhvil verildi. Biz də o həsrəti gözləyirik. İnşallah, sən də qayıdarsan. Gəlsən, o həsrət bitər". Ləman Sərvanqızı SİTAT.İNFO