İzmir şəhəri isti və qonaqpərvərdir. Onlar bizlərə və əsgərlərimizə çox isti münasibət bəslədilər. Buna görə çox xoşbəxtəm. Mən də Türkiyədə olmaqdan qürur duyuram.
Sitat.info xəbər verir ki, bu sözləri amerikalı general Frensis Donovan deyib.
"Türkiyə Hərbi Dəniz Qüvvələri bizim tərəfdaşımızdır. İmkanlarımız bir-birimizə olan güvənimizin və NATO-nun gücü üzərində qurulub. Qara dənizin iqtisadi rifahı bu sabitlikdən asılıdır. Biz Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmin edilməsində oynadığı rola böyük əhəmiyyət veririk. Bu çətin günlərdə "Efes" təlimi bu birliyin çox gözəl nümunəsini təqdim etdi. ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun bu alyansdakı öhdəliyi bizə bu gün və gələcəkdə qarşıya çıxan çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Amerikanın 6-cı donanması adından əməkdaşlığımızı gücləndirdiyi üçün Türkiyəyə təşəkkür etmək istərdim”, - F.Donovan bildirib.