ABŞ-da minlərlə insan silah islahatları üçün yürüş keçirib.
SİTAT.İNFO xəbər verir ki, paytaxt Vaşinqtonda və müxtəlif şəhərlərdə minlərlə vətəndaş son dövrdə çox sayda insanın ölümü ilə nəticələnən silahlı hücumlardan sonra silahlara nəzarət tədbirlərinin gücləndirilməsi tələbi ilə küçələrə axışıb. Etirazçılar Konqresi tədbir görməyə çağırıb.
Vaşinqton meri Muriel Bouzer paytaxtda ikinci dəfə keçirilən “Həyatımız üçün Yürüş” aksiyasındakı çıxışında ABŞ hökumətini xalqın həyatını qorumağa çağırıb: “Bəsdir. Mən bir mer və bir ana kimi Konqresin öz işini görməsini istəyən milyonlarla amerikalı və Amerika merinin adından danışıram. "Konqresin vəzifəsi bizi və uşaqlarımızı silah zorakılığından qorumaqdır".
Vaşinqtonda keçirilən nümayişdə çıxış edənlər bir-birinin ardınca silaha nəzarət qanunlarının həyata keçirilməsinə mane olan senatorlara “hərəkət edin, əks halda yerinizi itirəcəksiniz” deyə səslənib.
Lamiyə Xəqani
SİTAT.İNFO