Rusiya Xerson vilayətində qanlı təxribatlar hazırlayır - Kəşfiyyat məlumatı

15:57 12 İyun 2022

Xerson vilayətində, işğal olunmuş ərazilərdə rus qoşunları "Rusiya günü"nü qeyd edəcək. Eyni zamanda gələcəkdə Ukrayna Silahlı Qüvvələrini günahlandırmaq üçün izdihamdakı  insanlara qarşı təxribat xarakterli atışmaya hazırlaşır.

SİTAT.İNFO  UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığı məlumat yayıb.
Qeyd olunur ki, iyunun 12-dən regionda Rusiya Gününün bayramlar və kütləvi tədbirlərlə qeyd edilməsinə start verilib.

"Düşmən qarşıdurma xətti boyunca sərhədlərin müdafiəsini gücləndirməkdə və regionun mülki əhalisinə psixoloji təzyiq göstərməkdə davam edir", - məlumatda deyilir.

Həmçinin bildirilir ki, əməkdaşlar Rusiya pasportlarının yayılması ilə bağlı saxta məlumatlar yayıblar: guya Xersonda rus pasportu  üçün növbə 4000 nəfərə çatır.

“Əslində, işğalçı hakimiyyətdən yalnız 20-yə yaxın mülki şəxs qaçmaq üçün bilet qondarma  alıb. Qalan Xerson sakinləri məcburi pasportlaşdırılmaya məhəl qoymurlar”, - komandanlıq qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ukraynalı müdafiəçilərin Nikolayev-Xerson istiqamətində əks-hücumlarının rus işğalçıları üçün əsl cəhənnəmə oxşadığı bildirilmişdi.

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti