Rusiyadan Hindistana aparılan yüklərin Xəzər dənizindən daşınmasına başlanıb

08:35 13 İyun 2022

Rusiyadan Hindistana ilk yükün İrandan tranzitinə başlanılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Həştərxanda yerləşən İran-Rusiya müştərək limanının rəhbəri Daryuş Camali deyib.

O bildirib ki, sözügedən yük çəkisi 41 ton olan iki ədəd 40 futluq taxta laminat konteyneridir.

“Yük sınaq məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınıb və Həştərxan limanına daşındıqdan sonra Xəzər dənizi vasitəsilə İranın Ənzəli Limanına daşınacaq”,- deyə o bildirib.

Onun sözlərinə görə, sözügedən konteynerlər Ənzəli Azad İqtisadi Zonasında yük maşınları ilə Bəndər Abbas limanına, oradan isə konteyner gəmiləri ilə Hindistanın Nəvaşiva limanına daşınacaq.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daşınacaq bu yükün 25 gün ərzində Rusiyadan Hindistana çatdırılması nəzərdə tutulub.

 

 

 



Xəbər xətti