Avropa İttifaqı genişlənə bilər və Ukrayna Avropa mədəniyyətinə aiddir.
Sitat.info xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Əminəm ki, Ukrayna Avropa mədəniyyətinə malikdir və Aİ genişlənə bilər. Dəyərləri, mədəniyyəti və tarixi ilə Ukrayna artıq Rusiyanın işğalı ərəfəsində islahatlar yolu ilə Avropaya qoşulmağa hazırlaşırdı”, - diplomat bildirib.
Onun sözlərinə görə, heç də bütün ölkələrə AB üzvlüyünü almaq nəsib olmur:
“On il əvvəl Salonikidə biz Qərbi Balkanlara Avropa gələcəyini vəd etmişdik. Bəzilərində alınır, bəzilərində yox. Eyni şeyi Ukrayna üçün etsəydik nə olardı?”
/Axar.az