Rusiya qoşunları İzyumun cənub-şərqindən Slavyanska doğru irəliləməyə çalışır və müəyyən irəliləyiş əldə edib.
Sitat.info xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.
“Ruslar Xarkov vilayətinin şimal-şərqində Ukrayna qüvvələrini cəbhə xəttindən uzaqlaşdırmağa çalışıblar. Rusiya qüvvələri Severodonetskdə quru hücumlarını davam etdirib və çox güman ki, Ukraynanın Baxmutdan Lisiçansk və Severodonetskə gedən quru yollarını kəsmək cəhdi ilə körpüləri partladıblar. Ukraynanın cənubunda ruslar əsas diqqəti müdafiəyə yönəldiblər”, -məlumatda deyilir.
/Axar.az