SON DƏQİQƏ! 300 vaqnerçinin olduğu stadion "Tik-tok" videosunun hesabına partladılıb....

16:53 13 İyun 2022

Xəbər verdiyimiz kimi, Ukrayna Silahlı Qüvvələri rusiyalı muzdluların mövqelərini müəyyən edərək onları vurub.

SİTAT.İNFO Ukrayna mediasına istinadən xəbər verir ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Kadievka şəhərində “Vaqnerçilər”in olduğu  stadiona zərbə endiriblər. Bu partlayışda 300-ə yaxın Vaqner üzvünün həlak olduğu deyilirş 

Bu barədə NV-yə müsahibəsində "Conflict Intelligence Team" tədqiqatçısı Kirill Mixaylov məlumat verib.
Onun sözlərinə görə, rusların TikTok-da yerləşdirdiyi şəbəkədə videoçarx sayəsində hərbçilər təlimatı yerinə yetiriblər.

"Belə ki, Tik-tokda vaqnerçil muzdlulardan ibarət gənclərin idman məktəbində çəkildiyi bir video var idi. Zərbə həmin məktəbdən bir neçə yüz metr aralıda yerləşən stadiona vurulub. Vəziyyət belədir. Biz bu videonu gördük, harada çəkildiyini öyrəndik, ora dron göndərilib və o, vurulan stadionda bu bazaı artıq tapılıb”, - Mixaylov bildirib.

Bundan əvvəl Luqansk OVA-nın rəhbəri Sergey Qayday  Ukrayna Silahlı Qüvvələrinin Kadiyivkadakı Vaqner bazasına dəqiq zərbə endirdiyini bildirmişdi. Qaydayın sözlərinə görə, düşmən bazası rusların hələ 2014-cü ildə işğal etdiyi Kadievkadakı yerli stadionda yerləşirmiş.

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti