Rusiya işğalçıları Ukraynanın şərqində fosfor bombalarından istifadə etməkdə davam edir.
SİTAT.İNFO xəbər verir ki, bunu SBU tərəfindən ələ keçirilən işğalçıların yeni telefon danışığı sübut edir.
"Fosfor yanır. Bizim tərəfdən fosfor lənətə gəlmiş tərəfə (Ukraynaya) uçdu" - əsgər telefonda anasına deyir...
Söhbət zamanı o, mülki şəxslər də daxil olmaqla, bütün avtomobillərə atəş açmaq əmri aldıqlarını da etiraf edir.
İşğalçı deyir: “Maşınlardan süzgəc yaradacağıq”.
Cavabında ana ah çəksə də, mülki şəxslərin öldürülməsinə “taleyi pisdir” ifadəsi ilə haqq qazandırır.
Qeyd edək ki, fosfor bombalarından istifadə insanlığa qarşı cinayət və Cenevrə Konvensiyasının pozulmasıdır, mülki əhalinin öldürülməsi isə müharibə qanunlarına və adətlərinə ziddir.
"SBU tərəfindən toplanan bütünməlumatlar beynəlxalq məhkəmələrdəki materiallara daxil ediləcək ki, Rusiyanın heç bir cinayəti cəzasız qalmasın".
Nigar Abuzər,
SİTAT.İNFO