Ukraynanı rus qoşunlarından qorumaq üçün 55 ölkədən könüllülər gəlib. Hazırda gedən döyüşlərdə əsas aktivliyi ABŞ və Böyük Britaniyadan olan hərbçilər göstərir.
SİTAT.İNFO “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Beynəlmiləl Ərazi Müdafiəsi Legionunun nümayəndəsi Damyen Maqru danışıb.
O əlavə edib ki, könüllülər arasında Braziliya, Cənubi Koreya, Avstraliya kimi ölkələrdən gələn hərbçilər də var.
Murad