Zaxarovadan Kiyevə sərt xəbərdarlıq: "Bu halda Kiyevə kütləvi hücum olacaq"

13:47 7 May 2026

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanı mümkün hücumlarla bağlı xəbərdar edib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, o, Zelenskinin 9 mayda Moskvada keçiriləcək Qələbə paradında Ukrayna PUA-larının uçacağı ilə bağlı təhdidinə cavab olaraq səsləndirib. 

O bildirib ki, əgər Ukrayna prezidenti Volodimir Zelenski 9 mayla bağlı təhdidlərini həyata keçirməyə çalışsa, Kiyev kütləvi raket zərbələrinə məruz qala bilər.

Zaxarova həmçinin Ukrayna vətəndaşlarını və xarici diplomatları Müdafiə Nazirliyinin Kiyevi tərk etmək çağırışına ciddi yanaşmağa çağırıb.

Nigar,

Sitat.info

 



Xəbər xətti