Ukrayna hücum əməliyyatına keçdi - Rusları 10 kilometr geriyə qovdular

14:47 20 İyun 2022

Rusiya qoşunları Zaporojye istiqamətində naliyyət əldə edə bilmir. Mövqe döyüşləri davam edir. Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatlarına keçir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Azov bölməsinin komandiri Rodion Kudryaşov bu barədə “Espreso” telekanalının efirində danışıb.Həmçinin Azov bölməsinin komandiri əlavə edib ki, mövqe döyüşləri gedir: "Cəbhə xəttində mövqe savaşına gedir. Qarşıdakı həftələrdə komandirlərimiz düşməni hər cəhətdən susdurmağı planlaşdırır. Təşəbbüs qruplarımız düşməni təxribata çəkəcək, atəş nöqtələrini müəyyənləşdirəcək və onları sıxışdıracaqlar. Təşəbbüsü ələ almaq vacibdir”

Son məlumata görə, Melitopol şəhərinin meri İvan Fedorov bildirib ki, cəbhə xətti Zaporojye istiqamətində 10 kilometr irəliləyib:
"Əminəm ki, yaxın həftələrdə Xerson şəhəri qəhrəman hərbçilərimiz tərəfindən işğaldan azad ediləcək. Melitopol şəhərinin də azd olunacağına az qalıb. Silahlı Qüvvələrimiz Zaporojyedən Melitopol istiqamətində 10 kilometrdən çox irəliləyib".

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti