“Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyanın ələ keçirdiyi “Boyko qüllələri”nə raket zərbələri endirib. Yaralılar və itkin düşənlər var”.
Bunu Rusiyanın Krımdakı nümayəndəsi Sergey Aksyonov bildirib. Daha sonra məlumatı deputat Aleksey Qonçarenko da təsdiqləyib.
"Bu gün səhər düşmən "Çernomornefteqaz"ın qazma platformalarına hücum edib. Xeyli Sayda yaralılarımız var. Müdafiə Nazirliyi və FSB-dən olan həmkarlarımla əlaqə saxlayıram, HƏRBÇİLƏRİ xilas etməyə çalışırıq", - Aksyonov bildirib.
Aksiyanov hadisənin rus əsgərlərinin səhvi ucbatından baş verdiyini deyib: “Hərbçilər təhlükəsizlik baxımından Serpentine yaxınlığında siqaret çəkmək əvəzinə, Boyko qüllələrinin yaxınlığında siqaret çəkiblər. Ukrayna düşmən onların bu səhvindən yararlanıb”.
Lamiyə Xəqani,
SİTAT.İNFO