Bu gün Rusiyanın Ukraynanın cənubuna 14 qanadlı raket atması nəticəsində ərzaq anbarı məhv edilib.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Odessaya raket zərbəsi nəticəsində logistik qida anbarı yanıb.
Bu barədə jurnalistlərə Pivden əməliyyat komandanlığından məlumat verilib: “Gün ərzində 3 saat boyunca düşmən Ukraynanın cənubuna 14 raketlə kütləvi raket hücumu həyata keçirib. Uğursuzluqlarına qəzəblənən rus faşistləri Oçakovu, (Nikolayev rayonu) Dunay çayı, Odessa vilayətinin Belqorod-Dnestrovski rayonu və Odessanı vurublar”.
Qeyd olunur ki, Oçakov ətraflarında kənd təsərrüfatı sahələrinə ziyan dəyib, Odessada raket zərbəsi nəticəsində logistik ərzaq anbarı yanıb.
Mülki əhali arasında itki yoxdur.
Russian Forces intensify its “Kalibr” rocket strike against Nikolaev and Odessa: pic.twitter.com/nZ4HC6JlMG — Nagi N. Najjar (@NagiNajjar) June 18, 2022
Consequences of the rocket attack on Odessa
We protect the whole world!! Save us and Ukraine!#ArmUkraineNow #StopRussianAggression #StopWarInUkraine #StopPutinNOW #GenocideOfUkrainians #RussiaIsEvil #SaveMariupolDonbasAndAzov #ClosetheSkyoverUkraine pic.twitter.com/WoYiKt5Zcq — Natali (@NataliN78831281) June 20, 2022
Safura,
SİTAT.İNFO