Xarkov sakinlərinə şəhəri tərk etməyi və uşaqlarını aparmağı tövsiyə edirik, çünki Xarkovun atəşə tutulması uzunmüddətlidir.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində ruslar əməliyyat hazırlığı mərhələsini tamamlayıb. Xarkova hücum güclənə bilər", - Arestoviç vurğulayıb.
O qeyd edib ki, Xarkov hücuma məruz qalan “klassik cəbhə şəhəri”dir.
/Axar.az