Dünən axşam saatlarında rus qoşunlarının Xarkov vilayətini atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, gün ərzində işğalçılar Kiyevi, Xarkovun İndustrialnı, Saltovski rayonlarını atəşə tutublar: “Gecə saatlarında Xarkov şəhərinin Kiyevski rayonunda Rusiyanın zərbələri nəticəsində təhsil müəssisələrindən birinin binasına ciddi ziyan dəyib – 40 % yaşayış sahəsi dağıdılıb.
binalar dağılıb.
Bununla yanaşı, Saltovski rayonunda nəqliyyat müəssisəsi atəşə tutulub, bir işçi yaralanıb.
Səid isaoğlu,
Sitat.info