“Ukraynalıların 93%-i işğalçılar üzərində qələbəyə əmindir. Sorğuda iştirak edənlərin 67%-i qalib gəlmək üçün ən azı altı ay və ya daha çox vaxt lazım olduğuna inanır”
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, “Reytinq” Sosioloji Qrupu müharibə şəraitində keçirdiyi xalq arasında sorğunun məlumatlarını açıqlayıb.
Sorğuda bütün makroregionların sakinləri və müxtəlif yaş qruplarının nümayəndələri iştirak edib. 93 faiz Rusiyanın Ukraynada hansısa nailiyyət əldə etməsinə inanmadıqlarını, hətta ruslar üzərində qələbəyə inandıqlarını deyiblər.
Respondentlər altı ay və ya bir ildən sonra qələbə perspektivini gördüklərini bildiriblər.
Nigar Abuzər,
SİTAT.İNFO