Kanadanın Manitoba əyalətində temperatur son 134 ilin ən yüksək həddinə çatıb.
SİTAT.İNFO xəbər verir ki, Kanada meteoroloji xidmətindən bu haqda bəyanat verilib. Ötən həftə sonu Vinnipeqdə temperatur 37 dərəcə Selsi səviyyəsində qeydə alınıb ki, bu da 1888 - ci ildən bəri ən yüksək rəqəmdir. Çünki sonuncu rekord -33,3 dərəcə Selsi olub.
Artqı həftə sonları ştatın bir çox şəhərlərində rekord temperatur müşahidə olunur.
Spreq şəhərində 34,8 dərəcə istilik qeydə alınıb. 100 öncə ən yüksək istilik bu şəhərdə 34,4 olmuşdu.
Ekspertlər ictimaiyyəti birbaşa günəş şüalarına məruz qalmamağa çağırıblar, güclü istilik xüsusilə yaşlı insanlar, körpələr, azyaşlı uşaqlar və xroniki xəstəlikləri olan insanların sağlamlığına təhlükə yaradır. Onlara çoxlu su içmək məsləhət görülüb.
Səid İsaoğlu,
SİTAT.İNFO