Baş nazir istefa verdi, Makron qəbul etmədi

14:51 21 İyun 2022

Fransanın Baş naziri Elizabet Born istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” “BFM-TV”yə istinadən xəbər verir ki, Baş nazir ölkənin hakim partiyasının parlamentdə üstünlüyü əldən verməsindən sonra bu addımı atıb. 

Buna baxmayaraq, Fransa Prezidenti Emmanuel Makron Bornun istefasını qəbul etməyib. 

Xatırladaq ki, iyunun 19-u Fransada parlament seçkilərinin ikinci turu keçirilib. Seçkilərin nəticəsinə əsasən, ölkənin hakim “Birgə!” bloku 577 yerdən 245-ni tuta bilib. Bu, partiyaya tam üstünlük qazanmağa kifayət etməyib. İkinci pillədə 131 yerlə “Yeni Xalq Ekoloji və Sosial Birliyi” yer alıb. “Milli Birlik” partiyası isə parlamentdə 89 yer qazanıb.

Parlament seçkilərinin birinci turu isə iyunun 12-si baş tutub.



Xəbər xətti