Türkiyənin Düzcə bölgəsində yağan güclü yağışdan sonra dərələrdən axan palçıqlı su Qara dənizin rəngini dəyişdi
Düzcədə axşam saatlarından etibarən leysan yağışları səbəbindən dərələrdən dənizə axan palçıqlı su Qara dənizin rəngini dəyişib.
Sitat.info xəbər verir ki, şiddətli yağışın ardından yağış suları ilə birlikdə gələn palçıq, məişət tullantıları, qum, çınqıl və meşədəki çirkab Qara dənizi qəhvəyi rəngə boyayıb. Dənizdəki rəng dəyişikliyi uzaqdan gözə çarpıb.
Türkiyədə iş adamları bunu ekoloji fəlakət adlandırıb: "2-ci dəfədir ki, belə bir durum yaşanır. 8-10 ildən bir başımıza təbii fəlakətlər gəlir. Şükürlər olsun ki, dövlətimiz lazımi dəstəyi göstərir. Çünki kommersiya baxımından yanaşsaq, dənizin indiki vəziyyəti təbii fəlakət miqyasındadır. Dənizin bərpası üçün 1 ay vaxt lazımdır. Yenidən yağış yağmasa, dəniz təxminən 1 aydan 45 günə qədər müddətdə köhnə mavi vəziyyətini alacaq”.
Səid İsaoğlu,
SİTAT.İNFO