Türk əsgərlərinin Liviyaya göndərilməsi və qalmasının müddəti uzadılıb.
Müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisində səs verməyə çıxarılaraq qəbul olunub.
Qərara əsasən, Türk hərbçilərinin Liviya ərazisində qalmağına verilən icazənin müddəti daha 18 aylıq uzadılıb.
Məclisdə irəli sürülən təklifin lehinə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP), MHP və İYİ Partiya, əlehinə isə CHP və HDP partiyaları səs verib.//APA