Ukraynaya əlavə 45 minlik ordu girə bilər

08:32 22 İyun 2022

Ukrayna 40-45 minlik Belarus ordusunun hücumuna məruz qala bilər.

Sitat.info xəbər verir ki, bu sözləri hərbi ekspert Oleq Jdanov deyib.

O bildirib ki, Belarus ordusunun sayı müharibəyə hazırlıq fonunda səfərbərlik nəticəsində xeyli arta bilər:

“Əgər əvvəl 45 min şəxsi heyətə malik Belarus ordusunun hücum ehtimalı zamanı 20-25 minlik qüvvəsindən istifadə ediləcəyini düşünürdüksə, bu gün Lukaşenko ordusunun şəxsi heyətini 80 minə qaldırmaq istəyini ortaya qoyub. Deməli, onun ehtiyatı 40 minə qədər artacaq. O, bu sayda hərbçini hücum qrupu kimi saxlaya bilər”.

 

/Axar.az



Xəbər xətti