Rusiya hərbçiləri Lisiçansk şəhərini ciddi atəşə tutur. Onlar şəhərə yaxınlaşır.
Sitat.info xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Ruslar Lisiçanska yaxınlaşır, yaxınlıqdakı yaşayış məntəqələrində möhkəmlənir. Şəhər artilleriyadan, tanklardan, aviasiyadan atəşə tutulur. Ən azı üç yaralı mülki vətəndaşımız var, bir neçə polis yaralanıb", - o bildirib.
/Axar.az