SON DƏQİQƏ! Gərginlik pik həddə - Rus helikopteri NATO torpağına girdi!

12:16 22 İyun 2022

Gərginlik artıq Litvadan Estoniyaya da sıçrayıb. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya aid helikopter 2 dəqiqə ərzində sərhədi pozub Estoniya ərazisinə keçib.
Putin isə artıq atəş ocağına çevrilən Baltik dənizində gəmilərdən raket atışlarına başlayıb.
Rusiyanın quru yolu ilə əlaqəsi olmayan Kalininqrad əyalətinə yükdaşımaların Litva tərəfindən əngəlləməsi ilə başlayan kriz Putinin atdığı raketlər və helikopterin NATO torpağına girməsi ilə nəzarətdən çıxır.

Məlum olduğu kimi, Avropa Birliyinin sanksiyalarına qatılan Litva Kalininqrada dəmiryolu ilə yükdaşımaların qarşısını kəsdi və kömür, aviasiya benzini, inşaat materialları kimi yüklərin daşınmasının qarşısını aldı. 
Ardınca Rusiya bəyanat verərək yüklərin buraxılmasını, əks halda hərəkətə keçəcəyini açıqladı. 
Litva və AB təmsilçiləri Rusiya Xarici İşlər Nazirliyinə çağrıldı, ardınca Putinin yaxın adamlarından olan Nikolay Patruşev Kalininqrada getdi. 

Gərginlik fonunda ötən gün Rusiya Baltik dənizindən raket atəşinə başladı. Jşmin bölgə mülki gəmilərin üzünə bağlandı. 10 hərbi gəminin iştirak etdiyi əməliyyatda 12 kilometr aralıdakə hədəflərin vurulduğu açıqlandı. 
Bununla da Putin Baltik dənizində NATO-ya göz dağı vermiş oldu. 
NATO zirvəsi öncəsi bu çox ciddi gərginlik kimi qiymətləndirilir və Rusiya - NATO qarşıdurmasını bir qədər də körükləyir. 

Ləman Sərvanqızı
SİTAT.İNFO



Xəbər xətti