MİT və İstanbul Təhlükəsizlik İdarəsi film kimi əməliyyata imza atıb.
Sitat.info xəbər verir ki, İstanbulda israilli turistlərə hücum etməyi planlaşdırdığı iddia edilən iranlı casus dəstəsinin üzvləri yaxalanıb. Dindirmələri davam edən iranlı agentlər üçün əlavə 4 günlük həbs müddəti uzadılıb.
Son bir ayda İranda çox mühüm şəxsiyyətlər bir-birinin ardınca həyatını itirib. Müəmmalı ölümlərdən sonra gözlər kəşfiyyat orqanlarına çevrilib. Hadisələrdən sonra İstanbulda planlaşdırılan sui-qəsd var idi. MİT və İstanbul polisi bunun önünə keçib. İstanbulda bir qrup israilli turistə hücum etməyə hazırlaşan iranlı sui-qəsd dəstəsi darmadağın edilib.
Kəşfiyyat İdarəsinin rəisi Nihat Uludağ kritik əməliyyatın bütün təfərrüatlarını açıqlayıb.
Tehranda bir sıra sui-qəsdlər baş verib. İran İnqilab Keşikçiləri Korpusunun zabitləri öldürülüb. Daha sonra İran İnqilabı Keşikçiləri Korpusunun 840-cı Bölməsinin ən yüksək vəzifəli şəxslərindən olan polkovnik Həsən Seyyah evinin qarşısında sui-qəsd nəticəsində öldürülüb. Bunun da böyük təsiri olub. Sonra İran üçün bir çox tənqidi fiqur müəmmalı şəkildə həyatını itirib.
İran üçün belə önəmli şəxslərin itirilməsi İran kəşfiyyatı üçün böyük zəiflik hesab olunurdu. İranın bu prosesdən sonra cavab addımı atması gözlənilirdi. Bu prosesdən belə anlaşılır ki, Tehranla başlayan casuslar savaşı İstanbula doğru irəliləməyə başlayıb.
Ötən həftə Beyoğluda gəzən bir qrup israilli turist, otellərinə girməyə hazırlaşarkən, MOSSAD agentləri tərəfindən avtomobilə mindirilərək ölkələrinə göndərilib. İddialara görə, israilli turistlərin otelində gözləyən iranlı casusların olduğu bildirilib. MİT və İstanbul polisi çox kritik əməliyyat keçirib. İranın casusluq şəbəkəsi məhv edilib.
Hazırda onlar saxlanılıb. Sorğular davam edir. Əlavə 4 sutka həbs müddəti uzadılıb. ƏLavə bağlantıların saxlanılması nəzərdə tutulur. Təhlükəsizlik orqanları Türkiyədə casuslar savaşının olmasına imkan vermir.
Nigar Abuzər
SİTAT.İNFO