Rusiya qoşunlarının böyük karvanı Mariupolu tərk edərkən görüntülənib.
Mariupol merinin müşaviri Petr Andryuşşenkonun sözlərinə görə, hərbi karvan Berdyansk-Poloqi istiqamətində Zaporojye vilayətinə doğru hərəkət edir.
Bildirilir ki, Rusiya tərəfi qoşunlarının böyük hissəsini şəhərdən cəbhənin digər ərazilərinə doğru çəkir. Səbəb isə resurs çatışmazlığıdır.
Məlumata görə, artıq ikinci gündür ki, Mariupol şəhəri və vilayətindən Berdyansk-Poloqi istiqamətində iri avtomobil karvanları yola düşür.
Rusiya hərbçiləri şəhərdə nəzarət taktikalarını dəyişiblər. Belə ki, stasionar keçid məntəqələri sökülüb, yalnız körpülərin ərazisindəki keçid məntəqələri qalıb.
Eyni zamanda şəhərin müxtəlif yerlərində qəfil peyda olan mobil qruplardan istifadə edilir.
Andryuşenkoya görə, işğalçılar arasında əhval-ruhiyyə rəsmi təbliğatın təsvir etdiyindən çox uzaqdır. Rusiya hərbçiləri döyüşü davam etdirmək istəmir və təslim olmaq barədə daha çox danışırlar.//oxu.az