Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Madriddə keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.
Bu barədə çərşənbə günü İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sammitdə Ukraynaya xüsusi sessiya həsr olunacaq.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin Madriddə keçiriləcək NATO sammitinə dəvət edildiyini bildirmişdi.
NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclas iyunun 28-30-da İspaniyanın paytaxtında baş tutacaq.
İştirakçılar Alyansın yeni strateji konsepsiyasını qəbul edəcək.//APA