Əgər 2020-ci ildə İranda 260 nəfər edam olunmuşdusa, 2021-ci ildə bu rəqəm 310 nəfərə çatıb və bunlardan 14 nəfəri qadın olub.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanmış süjetdə bildirilib.
Qeyd edilib ki, cari ilin yanvar ayının 1-dən martın 20-nə qədərki dövrdə isə 105 nəfər edam cəzasına məhkum olunub ki, onların da xeyli hissəsini etnik azlıqların nümayəndələri təşkil edib.
Ötən ilin avqustundan bu ilin mart ayına qədər edam edilənlər arasında qanuni yaşa çatmayan 2 uşaq da olub, daha 85 uşaq ölüm kameralarında hökmün icrasını gözləməkdədir.