Donbasdakı vəziyyət məni narahat edir. Biz orada cəmləşmiş və yenidən təşkil edilmiş rus ordusunun çox böyük maddi və texniki üstünlüyünü müşahidə edirik.
Sitat.info xəbər verir ki, bu fikirləri Almaniya Silahlı Qüvvələrinin istefada olan generalı Udo Oyliqa deyib.
“Kiyev Qərbdən ağır silahlar istəyir, lakin onlara əslində çoxfunksiyalı pilotsuz uçuş aparatları lazımdır. Pilotsuz sistemlərin çox effektiv və səmərəli olduğunu Qafqazda gedən müharibə zamanı, Azərbaycan Ordusu onlardan döyüşlərdə istifadə edərkən gördük. Bütün dünya buna şahidlik etdi. Ukrayna ordusu üçün dronlar Rusiyanın hücumlarını dəf etməkdə çox mühüm və effektiv rol oynaya bilər.
İndi mən rus ordusunun yenidən qruplaşdırılmasında da bəzi dəyişikliklər görürəm. Zəifliklər Donbasda dayaq əldə etməklə, daha yaxşı komanda formalaşdırmaqla, daha yaxşı taktiki qərarlar qəbul etməklə kompensasiya olunur. Bütün bunlar onlara müharibənin əvvəlində müəyyən uğursuzluğu aradan qaldırmaq imkanı verir. Ancaq bu, uzun bir müharibə olacaq. Hazırda atəşkəsə nail olmaq üçün heç bir şans görmürəm. Bu, şübhəsiz ki, yalnız hər iki tərəf istədiklərinə nail olduqlarına əmin olduqda baş verəcək”, - o bildirib.
/Axar.az