Əfqanıstanın Paktika əyalətində baş verən 6,1 bal gücündə zəlzələdə 1000 nəfər həyatını itirdi, 1500 nəfər yaralandı. Ötən gecə 10 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində 100-dən çox evin dağıldığı bildirilsə də, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi EMSC zəlzələnin təkanlarını bir gündə 119 milyon insanın hiss etdiyini bildirib.
Zəlzələ Pakistan və Hindistanda da hiss edilib. Bildirilib ki, zəlzələ 1998-ci ildə baş verən və 4500 nəfərin ölümünə səbəb olan 6,1 bal gücündə zəlzələdən sonra ölkədə baş verən ən ölümcül zəlzələ olub.
Sözügedən fəlakət 10 ay əvvəl ölkəni ələ keçirən Taliban üçün böyük sınaq oldu. İctimaiyyət qarşısına nadir hallarda çıxan Taliban lideri Molla Heybətullah Axundzadə beynəlxalq ictimaiyyəti və bütün humanitar təşkilatları bu böyük faciədən əziyyət çəkən Əfqanıstan xalqına kömək etməyə çağırıb.
Lakin onun hakimiyyəti ələ keçirməsindən sonra, Taliban üçün beynəlxalq maliyyənin kəsilməsi səbəbindən daha çox insanın aclıq və yoxsulluqla üzləşdiyi bir vaxtda baş verən zəlzələyə beynəlxalq ictimaiyyətin reaksiyası “mürəkkəb” olub.
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər humanitar təşkilatlar vasitəsilə Talibanın əlinə “pul verməmək” üçün zəlzələ ilə bağlı fövqəladə vəziyyətə reaksiya ləng gedir. Bundan əlavə, bölgəyə vertolyotlar göndərilsə də, kənd yerlərinə çatmağın çətin olduğu və ölənlərin sayının artacağı açıqlanıb. Əfqanıstanın Paktika İnformasiya və Mədəniyyət Departamentinin rəhbəri Məhəmməd Əmin Huzeyfə verdiyi açıqlamada, “Ölənlərin sayı artır. İnsanlar qəbir dalınca qəbir qazırlar. Digər tərəfdən, Türk Qızıl Aypara Əfqan Nümayəndəliyi 500 ailə üçün ərzaq paketləri göndərdiyini və təcili humanitar yardım fəaliyyətlərini davam etdirəcəklərini açıqlayıb.\
Xarici İşlər Nazirliyi də Əfqanıstanda zəlzələ nəticəsində həyatını itirənlərə başsağlığı mesajı yayıb.
Nigar Abuzər,
SİTAT.İNFO