Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır

12:37 23 İyun 2022

Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-na kimi təlimə çağırılır.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “Armenia Today” yayıb.

Təlimlərə 1444-ə qədər ehtiyatda olan hərbçi və 134 nəqliyyat vasitəsi cəlb olunacaq.

Bildirilir ki, təlimin keçirilməsində məqsəd ehtiyatda olan hərbçilərin hərbi bacarıqlarının təkmilləşdirilməsidir.

/Qafqazinfo



Xəbər xətti