İran ABŞ-a NƏHƏNG təzminat cəzası verdi: İsrailə dəstək ittihamı...

14:09 23 İyun 2022

İran məhkəməsi ABŞ-ı “ölkənin nüvə mütəxəssislərinə sui-qəsd edən İsraili dəstəkləmək” ittihamı ilə 4 milyard 300 milyon dollar maddi və mənəvi təzminat ödəməyə məcbur edib.

SİTAT.İNFO İSNA- ya istinadən xəbər verir ki, İran Ədliyyəsinin İnsan Haqları Şöbəsindən verilən yazılı açıqlamada, öldürülən nüvə mütəxəssislərinin ailələrinin ABŞ-a qarşı qaldırdığı iddia ilə bağlı məlumat verilib.

Açıqlamada, Tehranın 55-ci Mülki Məhkəməsi, nüvə mütəxəssislərinə sui-qəsd cinayəti törədən İsrailə dəstək verən ABŞ hökuməti, qurumları və rəsmilərinə açılan iddiada 4 milyard 300 milyon dollar maddi və mənəvi təzminat cəzası verib. Öldürülən nüvə mütəxəssislərinin bəzilərinin ailələrinin şikayəti üzərinə belə bir məhkəmə keçirilib. Adı çəkilən məhkəmə prosesin ABŞ hökumətinə qarşı hüquqi qisas çərçivəsində həyata keçirilib.

Bəyanatda qeyd edilib ki,  ABŞ məhkəmələri sə müxtəlif bəhanələrlə İrana qarşı qərarlar çıxarır və Tehran hökumətini, bəzi dövlət qurum və təşkilatları qiyabi təzminat ödəməyə məhkum edir.

O səbəbdən İran dövlətinin toxunulmazlığını pozduğuna görə, ölkə məhkəmələri də ABŞ dövləti və rəsmilərinə qarşı müxtəlif mülki iddialar qaldırır.

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti