İstanbul sunami təhlükəsi ilə üz-üzədir: Dəhşətli AÇIQLAMA

14:57 23 İyun 2022

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO yeni hesabatında Aralıq dənizi hövzəsi və yaxınlıqdakı şəhərlərin mümkün sunamidən ciddi şəkildə təsirlənəcəyini bildirib. Marsel, İsgəndəriyyə və İstanbulun təhlükədə olduğunu deyən təşkilat, yaxın 30 ildə bir metrdən yüksək sunami ehtimalının  100 faizə yaxın olduğunu bildirib.
Sitat.info xəbər verir ki, sunamilərin baş verdiyi Sakit okean və Hind okeanı çevrəsindəki xalqlar tez-tez təhlükələrdən xəbərdar olsalar da, Aralıq dənizi də daxil olmaqla, digər sahilyanı ərazilərdə əhali bu təhlükəni ciddiyə almır.

Yayımlanan hesabatda UNESCO vurğulayır ki, Aralıq dənizində  risk altında olan şəhər və rayonlar daha əvvəl elan edilən 21 ölkədəki 40 “sunamiyə hazır” qəsəbə və şəhərlərə qoşulacaq.

Hesabatda sunami riski altında olan beş şəhər Marsel, İsgəndəriyyə, İstanbul, Kann, İspaniyanın Atlantik sahilindəki Kadis yaxınlığındakı qəsəbə və Çipionadır.

“Sunamiyə hazır” proqramının məqsədi risk altında olan bütün icmalara 2030-cu ilə qədər baş verə biləcək sunami halında nə etməli olduqlarını öyrətməkdir. 

Ləman Sərvanqızı

SİTAT.İNFO



Xəbər xətti