Kiyevdə diversantlar saxlanılıb

22:57 23 İyun 2022

“Kiyevdə diversiya qrupu saxlanılıb. Rusiya agenturası hələ də Ukraynada fəaliyyət göstərir”.

Bunu Ukrayna SQ Baş Qəragahının Baş Operativ İdarəsinin rəsi müavini Aleksey Qromov bildirib.

O qeyd edib ki, saxlanan 2 Ukrayna vətəndaşından Kiyevin dəmiryolu infrastrukturunun sxemi aşkar edilib. Sevçenko rayonunda isə blokpostların şəklini çəkən qadın saxlanılıb.//APA



Xəbər xətti