Rusiya təcavüzünə qarşı ən böyük addım atıldı

09:44 24 İyun 2022

Ukraynaya Avropa Birliyi üzvlüyünə namizəd statusunun verilməsi qərarı Rusiyanın təcavüzü qarşısında Avropanın güclənməsi istiqamətində atılan ən böyük addımdır.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu qərar təkcə Ukraynaya aid deyil. Bu, Rusiya müharibəsinin azadlığı və birliyi qoruyub saxlamaq qabiliyyətimizi sınaqdan keçirdiyi bir vaxtda, elə indi, bizim dövrümüzdə və belə bir şəraitdə Avropanın güclənməsi istiqamətində atılan ən böyük addımdır”, - Ukrayna lideri söyləyib.

 

/Axar.az



Xəbər xətti