Ukrayna rusların qətlə yetridiyi uşaqların sayını açıqladı

11:40 24 İyun 2022

Ukraynada ruslar tərəfindən öldürülən uşaqların sayı kəskin artıb

Rusiya ordusu artıq Ukraynada 338 uşağı qətlə yetirib.

Sitat.info xəbər verir ki, bu barədə Baş Prokurorluq öz telegram səhifəsində məlumat yayıb.

"Rusiya Federasiyasının dövlətimizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində 4 ay ərzində Ukraynada 948-dən çox uşaq zərər çəkib. Yetkinlik yaşına çatmayan 338 uşaq həlak olub, 610 uşaq yaralanıb.

Ötən gün isə Sumı vilayətinin Sumı rayonunda fosfor bombasının partlaması nəticəsində 13 yaşlı oğlanın ayaqları fosfor maddəsi ilə yanıb. Elə həmi gündə rus əsgərlərinin Xarkov vilayətinin Çuguev şəhərinin mülki infrastrukturu və yaşayış binalarının dağıdılması nəticəsində 9 və 6 yaşlı iki uşaq yaralanıb. Luqansk vilayətinin Lisiçansk şəhərində isə artilleriya atəşi nəticəsində bir uşaq yaralanıb.

O da məlum olub ki, Donetsk vilayətinin Mariupol şəhərində mart-may aylarında yaşayış binalarının atəşə tutulması nəticəsində 9 uşaq həlak olub, 8 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya silahlı qüvvələrinin bombardmanları nəticəsində 2061 təhsil müəssisəsi zərər görüb. Onlardan 213-ü tamamilə məhv edilib.

SƏİD İSAOĞLU,

SİTAT.İNFO



Xəbər xətti