Rusiya Ukraynada qadağan olunmuş silahlardan daha çox istifadə edir.
Rus ordusu yaşayış məntəqələrinə kasetli bombalar atırlar.
Sitat.info xəbər verir ki, bu barədə FreeDom layihəsinin efirində məlumat verilib.
Bildirilir ki. Rusiya tərəfi qadağan olunmuş silahların hər növündən istifadə edirlər:
“Ukraynada son günlər Rusiya qoşunları qadağan olunmuş silahların demək olar ki, bütün növlərindən fəal şəkildə istifadə edirlər. Onların hədəfi ukrayna hərbçiləri deyil, mülki şəxlərdir".
Qeyd edək ki, rusların atdığı kasetli bombaların məhv olma radiusu futbol meydançası ölçüsündə və hətta bir neçə hektar ərazini əhatə edə bilər. İşğalçılar onlardan yaşayış məntəqələrini atəşə tutmaq üçün istifadə edirlər.