Rusiyanın qarşısını "Bayraqdar" aldı - Gerlaç

08:46 25 İyun 2022

Qərb dövlətləri kommunizmin genişlənməsinin qarşısını almaq üçün Türkiyəni NATO-ya daxil etdi.

Sitat.info xəbər verir ki, bu sözləri alman jurnalist və ekspert Daniel Gerlaç deyib.

“Putin üçün SSRİ-nin dağılması ən böyük fəlakətdirsə, Ərdoğan üçün də Osmanlının çöküşü bir travmadır. Ərdoğan Türkiyəni keçmiş əzəmətinə qaytaran şəxs olmaq istəyir”, - deyə o bildirib.

Ukrayna böhranına toxunan ekspert əlavə edib ki, Rusiyanın irəliləyişini ilk olaraq kəskin zəiflədən silahlar Türkiyə PUA-ları olub.

 

/Axar.az



Xəbər xətti