Rusiya səhər saatlarında Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib.
Rus qoşunları Bryansk vilayətinin sərhədyanı rayonlarında müdafiə mövqelərini möhkəmləndirməkdə davam edirlər.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Bildirilir ki, Rusiya qoşunları Ukrayna ərazisində hərbi və mühüm mülki infrastruktur obyektlərinə raket zərbələri endirməkdə davam edir.
Ruslar Çerniqov vilayətinin Buçki və Sumı rayonunun Boyar-Lyaçiye yaşayış məntəqələrinin müdafiə mövqelərini artilleriya atəşinə tutub. İşğalçılar Bryansk vilayətinin sərhədyanı rayonlarında müdafiə mövqelərini möhkəmləndirməkdə davam edirlər. Raket zərbələrinin
səsləri Kiyev, Çerniqov və Jitomir vilayətlərində eşidilib.