İranlı molladan sərsəm açıqlama: "Amerika qadınlar üçün ən təhlükəli ölkələrdən biridir"

10:34 25 İyun 2022

İranın ali dini rəhbəri Əli Xameneinin Əlborz vilayətindəki nümayəndəsi Məhəmmədmehdi Hüseyni Həmədani Amerikaya qarşı həmişəki diskursda çıxıb edib.  

Sitat.info “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, o, heç bir statistikaya istinad etmədən iddia edib ki, Amerikada miqrantların hüquqları, şəxsi həyatın toxunulmazlığı və mətbuat azadlığı ilə bağlı qanunlar pozulub.  

"Amerika dünyada qadınlar üçün təhlükəli olan ilk 10 ölkə sırasında qərarlaşıb", - deyə Məhəmmədmehdi Hüseyni Həmədani iddia edib.  

Qeyd edilib ki, İranın özü bütün beynəlxalq statistikalarda insan haqlarının, qadın, uşaq, eləcə də etnik və dini azlıqların hüquqlarının pozulması baxımından ilk pillələrdə qərarlaşan ölkələrdən biridir. 

/Bizim.media



Xəbər xətti