Rusiya Belarus ərazisindən Jitomir vilayətinə 24 raket atıb.
Sitat.info xəbər verir ki, bu barədə Jitomir şəhərinin meri Sergey Suxomlin məlumat verib: "Bu səhər hamımız gecə partlayışlarından oyandıq. Jitomirdə heç nə uçmayıb. Jitomir ətrafındakı hərbi obyektlərə atəş açılıb. Raketlər təyyarələrdən atılıb. Ümumilikdə Jitomir ətrafındakı hərbi hissə və obyektlərə 24 raket atılıb”.
Jitomir vilayətinin rəhbəri Vitali Buneçko bildirib ki, Jitomir vilayətinin atəşə tutulması nəticəsində bir əsgər ölüb, bir əsgər isə yaralanıb.
SƏİD İSAOĞLU,
Sitat.info