Yunanıstan ruslara viza verilməsini dayandırıb.
Həmçinin iyunun 27-dən etibarən Yunanıstanın Moskva, Novorossiysk və Sankt-Peterburqdakı konsulluqları öz işini dayandıracaq.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Rusiya turoperatorlarının fikrincə, bunlar viza mərkəzi sisteminin yenilənməsi ilə bağlı texniki səbəblər göstərilə bilər. Yunanıstanın Rusiya vətəndaşlarının sənədlərinin qəbulunu nə vaxt bərpa etməyi planlaşdırdığı açıqlanmır.
Bundan əlavə, 2022-ci il iyunun 27-dən etibarən Yunanıstanın Moskva, Novorossiysk və Sankt-Peterburqdakı konsulluqlarının işini dayandıracağı bildirilir. Eyni zamanda, viza mərkəzlərinin konsaltinq xidmətlərini, eləcə də turistlərə pasportların verilməsini davam etdirəcəyi dəqiqləşib.
Rusiya Xarici İşlər Nazirliyi Yunanıstanda rusların “təcavüz və ayrı-seçkilik” səbəbindən əziyyət çəkməsindən şikayət edib.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson rusiyayönlü TASS nəşrinə müsahibəsində bildirib ki, Yunanıstan Rusiya vətəndaşları üçün “təhlükəli yerə” çevrilib, ona görə də onlar artıq Yunanıstanı bir ölkə kimi qəbul etməməlidirlər. Rusiyalı diplomatın sözlərinə görə, “bəzən onlar hətta rusdillilərin döyülməsi faktlarını da qeydə alırlar”.
Safur,
Sitat.info