Rusiya qoşunlarının Kiyevə atdığı raketlərdən biri Şevçenko rayonundakı uşaq bağçasına düşüb.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib.
Geraçenko bildirib ki, raket bağçanın bir neçə 5-10 metrliyinə düşüb. Raketin düşdüyü yerdı diametri 7 m olan nəhəng çala yaranıb. Bağçanın binasına ziyan dəyib, partlayış dalğası bütün şüşə və pəncərələri sındırıb.
Xoşbəxtlikdən raket zərbəsi səhər saat 6 radələrində endirlib və həmin vaxt meydança boş olub.
Bu faktı Kiyev meri Vitali Kliçko da təsdiqləyib.
Safur Bənnayeva,
Sitat.info