Çavuşoğlu: Türkiyə ciddi iqtisadi böhranla üz-üzədir

10:34 27 İyun 2022

Türkiyə əvvəlki böhranlardan müxtəlif dərəcədə zərər çəkib, lakin hazırda daha ciddi böhranla üz-üzədir.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu gün xalqımız yüksək inflyasiya, qiymət artımı və yaşayış xərclərinin artması ilə üz-üzədir. Biz bunu inkar etmirik, bunlar faktlardır. Amma bu böhranlar bütün dünyaya dərindən təsir edir”, - Çavuşoğlu bildirib.

Çavuşoğlu ölkə müxalifətini iqtisadi böhrandan sui-istifadədə ittiham edib.

 

/Axar.az



Xəbər xətti