Mariupolda partlayışda 100-dən çox cəsəd aşkarlandı - Andryuşenko

14:28 27 İyun 2022

Mariupol şəhərindəki binalardan birində baş verən partlayışda 100-dən çox cəsəd tapılıb. 

Bizim.Media “İnterfax”a istinadən xəbər verir ki, bu barədə teleqram kanalında şəhər merinin müşaviri Petr Andryuşşenko məlumat yayıb. 

"Yeni kədərli tapıntılar. Levoberejnı rayonunda, Pobeda prospekti ilə Meotida bulvarının kəsişməsində binalara baxış keçirilərkən, partlayış nəticəsində 100-dən çox cəsəd tapılıb. Meyitlər hələ də dağıntılar altındadır. İşğalçılar onları basdırmağı planlaşdırmır”, - deyə Andryuşşenko yazıb.



Xəbər xətti