G7 ölkələri Ukrayna ərazisindən taxıl ixracı ilə məşğul olanlara qarşı sanksiyalar tətbiq edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Ağ Evin bazar ertəsi Co Bayden administrasiyasının Rusiya Federasiyası ilə bağlı tədbirləri haqqında yaydığı arayışda deyilir.
Sənəddə deyilir: “Böyük yeddilik ölkələrinin liderləri insan hüquqlarının pozulması, o cümlədən müharibə cinayətləri, Ukrayna ərazisində qeyri-legitim hakimiyyətin həyata keçirilməsi, habelə Rusiyanın Ukrayna taxılının ixracında iştirakına görə sanksiyalar tətbiq etmək barədə qərar qəbul edəcəklər”.
Elan edilmiş tədbirlər Almaniyada keçirilən G7 sammitinə təsadüf edir.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl vurğulamışdı ki, Kiyev öz limanlarını minalardan təmizləyərsə, Moskva Ukrayna taxılını daşıyan gəmilərin maneəsiz keçidinə zəmanət verəcək , Berdyansk və Mariupol kimi Rusiyanın nəzarətində olan limanlar vasitəsilə malların ixracını təmin edə bilər.
Putinin sözlərinə görə, Ukrayna qurudan da taxıl ixrac edə bilər və ən məntiqli marşrut Belarusdur, lakin Qərb buradan sanksiyaları götürməli olacaq.
Putin xatırladıb ki, qlobal ərzaq bazarında problemlər 2020-ci ilin fevralında başlayıb. O, Rusiyanın guya Ukrayna limanlarında taxılın qarşısını alması ilə bağlı iddiaları blef adlandırmışdı.
Səid İsaoğlu,
Sitat.info