Rusiya prezidenti Vladimir Putin fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ilk xarici səfərini edəcək.
Sitat.info xəbər verir ki, Ukraynaya hücumlarına görə Qərb ölkələrinin sanksiyalarına məruz qalan və bu səbəbdən Çin, Hindistan, İran kimi ölkələrlə əlaqələrini gücləndirmək istəyən Putinin ilk xarici səfəri Tacikistan və Türkmənistana olacaq.
Putin Düşənbədə Tacikistan prezidenti Emomali Rəhmanla görüşəcək. Daha sonra Türkmənistanın paytaxtı Aşqabada gedəcək və burada Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan liderləri ilə görüşə qatılacaq.
Putinin iyunun 30-da və iyulun 1-də Belarusun Qrodno şəhərinə səfər edəcəyi və burada Belarus prezidenti Aleksandr Lukaşenko ilə forumda iştirak edəcəyi gözlənilir.
Putin sonuncu dəfə fevral ayında Çinə səfəri zamanı Çin prezidenti Si Cinpinlə görüşüb.
Safura,
SİTAT.İNFO