Kremençuk şəhərində Amstor ticarət mərkəzinə hücum nəticəsində azı 20 nəfər yaralanıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko yazıb:
“Hazırda 20 yaralı məlumdur, onlardan 9-nun vəziyyəti ağırdır. Artıq 2 nəfərin öldüyü təsdiqlənib".
Timoşenko qeyd edib ki, xilasetmə əməliyyatı davam edir.
***19:09
Ukraynanın Kiyev vilayətinin Kremençuk şəhərindəki ticarət mərkəzi raket hücumuna məruz qalıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski paylaşım edib.
Rusiya ordusu tərəfindən raket hücumundan sonra ticarət mərkzəində yanğın baş verib.
Raket hücumundan əvvəl icarət mərkəzində 1000-dən çox mülki şəxs olub.
Murad