Rusların Kremençuqda raketlə vurduğu ticarət mərkəzində ölən və yaralanların sayı açıqlandı

02:12 28 İyun 2022

Rusların Kremençuqda ticarət mərkəzinin atəşə tutmasından sonra ölən və yaralananların sayı məlum olub.

Sitat.info xəbər verir ki,  Kremençuqda ticarət mərkəzinə raket hücumundan sonra yaxınlarının itkin düşməsi ilə bağlı vətəndaşlardan artıq 40-dan çox şikayət daxil olub.

Baş Prokurorluğun məlumatına görə, Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci maddəsi ilə müharibə qanunlarının və qaydalarının pozulması faktı üzrə ibtidai istintaq başlanıb.

Prokurorluq qeyd edir ki, hazırda meyitləri dağıntılar altından çıxarılan 13 nəfərin öldüyü məlumdur. Həmçinin 59 nəfər tibbi yardım üçün müraciət edib, onlardan təxminən yarısının vəziyyəti ağırdır, 1 nəfər aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Safura,
Sitat.info



Xəbər xətti