Ən çox raketi Jitomir vilayətində ruslar atıb.
İyunun 25-i və 26-da Rusiya qoşunları Ukrayna ərazisinə 60-80 uzun mənzilli raket atıblar ki, onların ümumi dəyəri 150-220 milyon dollar təşkil edir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Bildirilir ki, ruslar Jitomir vilayətinə 30, Çerniqov vilayətinə isə 20 raket atıblar. Bundan başqa, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də düşmənin raket hücumlarına məruz qalıb. Nikolaev, Xarkov və Kiyev də hücuma məruz qalıb.
Forbes-in məlumatına görə, Rusiya əlində olan bütün raket arsenalından istifadə edib.
Xatırladaq ki, bazar ertəsi, iyunun 27-də Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edib. Xüsusilə də düşmən raketlərindən biri Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə düşüb. Hazırda 18 nəfərin öldüyü məlumdur.
Bu gün səhər isə ruslar Nikolayevə hücum ediblər.
Lamiyə,
Sitat.info